Məmmədov Sübhan Zakir

Direktor

Məmmədov Sübhan Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. O, hüquq üzrə pedaqoji fəaliyyətlə məşğul olmuş, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsində, Məhkəmə Ekspertizası Mərkəzində məsul vəzifələrdə çalışmış,

“Qrup 4” şirkətinin Bakı Nümayəndəliyinin Hüquq Departamentinin rəhbəri olmuşdur. 2005-ci ildən bugünədək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Artıq Məmmədov Sübhan 2002-ci ildən “Ekspert SM” Beynəlxalq Hüquq və Biznes Konsaltinq Şirkətinin Direktorudur. O, bir çox layihələrdə iştirak edib, çoxsaylı müvəffəq olan proektləri aparıb. Vergi hüququ, müqavilə hüququ, intellektual mülkiyyət, korporativ hüquq və digər sahələr üzrə ixtisaslaşmışdır. O, Azərbaycan, rus və ingilis dillərində səlis danışır.

Əmirova Reyhan Hüsnəddin

Vəkil

Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsininin magistr dərəcəsini bitirmişdir. 2012-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Ailə, kommersiya, inzibati, müqavilə, korporativ, vərəsəlik, əmlak, əmək, tibb və mülkiyyət hüququ sahələrində zəngin təcrübəyə malikdir. Uzun illər ərzində şirkətlərin hüquqi sənədlərinin hazırlanmasında və onların maraqlarının təmsil olunmasında iştirak etmiş, çoxsaylı işlər üzrə uğurlu nəticələr əldə etmişdir.

“Səmərəli vəkillik fəaliyyətinə görə” Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
Ədliyyə Akademiyası tərəfindən təşkil olunan hüququn müxtəlif sahələrinə dair təlimlərdə uğurla iştirak etmiş və müvafiq sertifikatlar qazanmışdır.

Azərbaycan, rus və türk dillərində səlis danışır.

İsmayılov Yusif Yaşar

Vəkil

2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 2006-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Vəkillik fəaliyyətinin əsas istiqamətləri: cinayət, o cümlədən hərbi cinayətlər, mülki və kommersiya (əqli mülkiyyət, patent, vərəsəlik, müqavilə və sair hüquqları üzrə), əmək mübahisələri, sığorta və bank hüququ, inzibati mübahisələr (pensiya hüququ, əmlak özəlləşdirmə və digər hüquqlar).

İş təcrübəsi: dövlət qulluğu, istehsalat sahəsi, ictimai birliklər, beynəlxalq kommersiya təşkilatları.

Əməkdaşlıq etdiyi şirkətlər arasında BP Azərbaycan, Красный Октябрь, Hyundai və KIA, Oil Elektro, Tovuz-Baltiya və sair xarici və yerli hüquqi — fiziki şəxslər vardır.

Azərbaycan, rus, türk və ingilis dillərində səlis danışır.

Eyyubov Pərviz İsmayıl

Vəkil

17 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.

2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq sahəsində fəaliyyətini ali təhsili başa vurduqdan sonra başlamış və illər ərzində praktik təcrübə toplamışdır.

Fəaliyyəti əsasən məhkəmə təmsilçiliyi, iddia və şikayətlərin hazırlanması, inzibati orqanların qərarlarından şikayət verilməsi və hüquqi məsləhətlərin göstərilməsini əhatə edir. Hər bir iş üzrə sənədlərin təhlilinə və hüquqi mövqenin düzgün qurulmasına xüsusi diqqət yetirir.

2018-ci ildən etibarən Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi təşkilatında hüquqi fəaliyyət göstərir. Məişət zorakılığı, ailə mübahisələri, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı müraciətlər üzrə hüquqi yardım göstərmişdir. Həmçinin bu sahədə təşkil olunan müxtəlif seminar və mühazirələrdə mütəmadi iştirak edir.

2025-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Mülki və inzibati hüquq sahələrində ixtisaslaşmış vəkil olaraq, hüquqların müdafiəsi və qanuni mənafelərin təmin olunması istiqamətində peşəkar fəaliyyətini davam etdirir.

Azərbaycan və rus dillərində səlis danışır.

Nuriyev Samir Akif

Vəkil

02 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978-1987-ci illərdə Sabunçu rayon 80 nömrəli məktəbdə təhsil almışdır. 1988-1990 SSSR-i silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1997-2001-ci illərdə “ASİYA” Universitetinin hüquq fakultəsində təhsil almışdır.

1990-1995-ci illərdə “Zabrat” Aeroportunda texniki işçi kimi, 1996-2019-cu illərdə isə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Baş Metodist, məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmışdır. 2019-cu ildən etibarən Azərbaycan Respublıkasının Vəkillər Kollegiyasının üzvüdür.

Vəkillik fəaliyyəti üzrə məhkəmə işlərinin növləri:

  1. Mülki mübahisələrə dair
  2. İnzibati mübahisələrinə dair
  3. Kommersiya mübahisələrinə dair xidmət göstərir.

Azərbaycan, rus və türk dillərində səlis danışır.